Rusiya məhkəmə ukraynalı aparıcını 7 il qiyabi həbs cəzasına məhkum etdi
Moskvanın Basmannı Məhkəməsi ukraynalı teleaparıcı Mariya Efrosininanı Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda ittiham edərək, qiyabi olaraq 7 il müddətinə ümumi rejimli həbsxanada həbs cəzasına məhkum edib.
HİT.az xəbər verir ki, RBC bu barədə məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bundan əlavə, məhkəmə ukraynalı aparıcını 3 il müddətinə internet saytları, elektron və ya informasiya və telekommunikasiya şəbəkələrinin, o cümlədən internet administrasiyası ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edib.
Basmannı Məhkəməsi faylında deyilir ki, Efrosininaya qarşı məhkəmə işi 20 iyun 2023-cü ildə qeydə alınıb.
Bu ilin mayında Moskva məhkəməsi Efrosinina barəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı saxta məlumatlar yaydığına görə qiyabi həbs qərarı verib.
Samir