Zelenski etiraf etdi: "Mən sizinlə tam səmimi olacağam"
Ukrayna prezidenti Volodimir Zelenski etiraf edib ki, əks-hücum əməliyyatı ləng gedir.
HİT.az xəbər verir ki, o, bu barədə CBS televiziyasına müsahibəsində danışıb.
“Bu çətin vəziyyətdir. Mən sizinlə tam səmimi olacağam. Təşəbbüs bizdədir... Rusların hücumunu dayandırdıq və əks-hücuma keçdik. Və buna baxmayaraq, o qədər də sürətli deyil”, deyə Zelenski bildirib.
Onun sözlərinə görə, hazırda cəbhə xətti Rusiya və Ukrayna tərəflərinin gündə 40 min mərmi atdığı artilleriya duelinə çevrilib. Ukrayna prezidenti həmçinin bildirib ki, münaqişədə hər iki tərəfin pilotsuz təyyarələrdən istifadə etməsi də Ukrayna Silahlı Qüvvələrinin hücumunun gedişatını ləngidib.
O əlavə edib ki, əlverişli hava şəraiti başa çatdıqdan sonra əks-hücum davam edəcək. Prezident həmçinin Ukrayna münaqişəsinin ərazilərin bir hissəsinin verilməsi ilə bitməyəcəyinə əminliyini ifadə edib.
Samir