Kılıçdaroğlu və İmamoğlu arasında gərginlik yaşanır?

DÜNYA
10:23 / 19.09.2023
460

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) daha bir gərginlik yaşanıb.

HİT.az xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlunun keçirdiyi toplantıya İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu növbəti dəfə qatılmayıb.

Məşhur jurnalist İsmayıl Saymazın xəbərinə əsasən, ötən həftə CHP qərargahında keçirilən toplantı üçün Əkrəm İmamoğluna da dəvət göndərilib. Lakin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri eyni gündə Adnan Menderesin xatirəsinə həsr olunan başqa bir tədbirə qatılacağını bildirib. Partiyadan isə İmamoğluna "proqramını bölməsin" cavabı gəlib.

Əkrəm İmamoğlunun toplantıya qatılmaması ilə bağlı Kamal Kılıçdaroğlu da açıqlama verib. O, İmamoğlunun növbəti toplantıya çağrılacağını deyib:

"İmamoğlunu bələdiyyə sədrləri ilə edəcəyim toplantıya çağıracam".

Pərviz

0