DÜNYA
21:21 / 19.09.2023
139

Estoniya prezidenti Rusiyanı Qara dənizdəki hərəkətlərini “qəddar piratçılıq” adlandırdı

Estoniya prezidenti Alar Karis Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə Rusiyanı Qara dənizdəki hərəkətlərinə görə piratçılıqda ittiham edib. 

HİT.az bu barədə ERR-ə istinadən xəbər verir.

“Qara dəniz Rusiyanın ərazi dənizi deyil, o, indi orada qəddar dəniz qulduru kimi fəaliyyət göstərir, humanitar yük daşıyan gəmilərin sərbəst hərəkətinə mane olur və bununla da beynəlxalq qaydaları, o cümlədən naviqasiya azadlığını pozur”, deyə Karis bildirib.

O, həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyət Ukraynadan taxıl ixracı üçün həll yolu tapmalı və mümkünsə, akvatoriyada humanitar dəhlizi genişləndirməlidir.

Samir

0