CHP-nin yeni sədri kim olacaq? - Deputatdan açıqlama 

10:16 / 21.09.2023
644

"Özgür Özəl CHP-nin yeni sədri olacaq".

HİT.az xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Bülənt Tezcan "Sözcü" telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, CHP-də Kamal Kılıçdaroğlu dönəmi bitəcək:

"Biz qurultayda qazanacağıq və Özür Özəl partiyanın yeni sədri olacaq. O, yaxşı CHP-lidir və aktiv siyasətçidir. Özgür Özəl CHP-dəki dəyişimin öncüsü olacaq".

Pərviz

0