Macarıstan bu payızda İsveçin NATO-ya müraciətini təsdiqləməyəcək
HİT.az xəbər verir ki, bu barədə atv.hu portalı Macarıstan parlamentinin hakim Fides-Xristian Demokratik Xalq Partiyasının lideri Mate Koçşişə istinadən məlumat yayıb.
"İsveç hökuməti bu məsələdə dalana dirənib. Fides fraksiyasının lideri hadisələrin inkişafını qiymətləndirib. Onun sözlərinə görə, Macarıstan parlamentinin payız sessiyasında səsvermənin keçirilməsi şansı azdır", deyə nəşr yazır.
Ərizənin qəbulunun gecikməsinə səbəb İsveç məktəblərində Macarıstanda guya demokratiyanın tənəzzülə uğraması ilə bağlı dərslərin çıxışların edilməsidir. Bunu daha əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto isveçli həmkarı Tobias Billströmə ünvanladığı məktubda bildirib.
Qeyd edək ki, hələlik İsveçin NATO-ya üzvlüyünə yalnız Türkiyə və Macarıstan razılıq verməyib.
Samir