Çin maksimum sürəti 350 km/saat olan yüksək sürətli dəmir yolunu işə salıb

DÜNYA
21:55 / 29.09.2023
559

Çində Tayvan boğazından keçən yüksək sürətli dəmir yolu açılıb. Bu yolda qatarların sürəti yeni maksimuma çataraq - 350 km/saat təşkil edib. 

HİT.az bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, magistral Futszyan əyalətinin paytaxtı Fuçjounu və Tayvan boğazının sahilindəki ən böyük limanı Syamen şəhərini birləşdirir, lakin yol bununla bitmir və üç sahil körfəzindən - Meizhouvan, Anhayvandan keçərək Çjançjouya və Quanzouvana aparır. 

Dəmir yolunun uzunluğu 277 kmdir və 19,9 km hissəsi birbaşa dəniz üzərindən keçir. Su üzərində hərəkət edərkən qatarlar saatda maksimum 350 kilometr sürətə çata bilir. Mühəndislərin sözlərinə görə, körpünün tikintisi son dərəcə çətin olub. Bu marşrutla səyahət vaxtı bir saatdan azdır. Magistral yol açılmazdan əvvəl Çin sakinləri Fuçjoudan Syamen limanına qədər təxminən bir saat yarıma gediblər.

Samir

0