Ermənilərin katolikosu II Qaregin və Ermənistan Ali Ruhani Şurasının altı üzvü bu gün məhkəmə qarşısına çıxacaqlar.
Hit.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Ruhanilərə qarşı cinayət işi üzrə ilkin dinləmələr yerli vaxtla saat 15:00-da Armavir vilayətinin birinci instansiya məhkəməsində keçiriləcək. Bildirilib ki, bu, Ermənistan və Erməni Apostol Kilsəsinin tarixində katolikosun məhkəmə qarşısına çıxacağı ilk hal olacaq.
Xatırladaq ki, 2026-cı ilin fevralında II Qaregin barəsində Masisatsotn yeparxiyasının keçmiş rəhbəri Gevork Saroyanın dini rütbədən məhrum edilməsi ilə bağlı cinayət işi başlanıb. Bu iş çərçivəsində onun ölkədən çıxışına qadağa qoyulub.


