Alimlər Günəşdə Yer üzündəki proseslərə təsir edə biləcək kiçik burulğanlar aşkar ediblər.
HİT.az xəbər verir ki, bu barədə “CNN” tədqiqat məlumatlarına istinadən xəbər yayıb.
Alimlərin fikrincə, bu kəşf Günəşin xarici atmosferinin onun səthindən niyə daha isti olduğunu izah etməyə kömək edə bilər. Həmçinin mikroburulğanlar güclü Günəş partlayışları üçün enerjinin necə toplandığını açıqlaya bilər.
Nəşrdə qeyd olunur ki, burulğanlar Günəşin maqnit enerjisinin toplanmasına kömək edə bilər. Yerə doğru yönəldikdə isə bu Günəş aktivliyi peyklərin, elektrik şəbəkələrinin və digər rabitə infrastrukturunun işini poza biləcək hissəciklər buraxa bilər.
Samir


