Konqresmen: \"Maliyyəni dayandırın, Ukrayna ABŞ-ın 51-ci ştatı deyil\"

23:07 / 28.11.2023
235

"ABŞ hökuməti Kiyevə maliyyə və hərbi dəstəyi dayandırmalıdır".

HİT.az xəbər verir ki, bunu ABŞ Konqresinin üzvü Markori Teylor Qrin deyib.

O hesab edir ki, Birləşmiş Ştatlar daxili problemlərə diqqət yetirməlidir. Konqresmen deyib ki, Amerikanın sərhəd təhlükəsizliyi məsələsi Ukraynada itirilmiş münaqişənin maliyyələşdirilməsi ilə birləşdirilə bilməz, çünki bu, amerikalıların üzünə bir sillə olar. 

Üstəlik, o xatırladıb ki, Ukrayna ABŞ-ın 51-ci ştatı deyil.

Bundan əvvəl başqa bir Amerika nəşri olan "Wall Street Journal" yazırdı ki, cəbhədəki vəziyyət bu qış Ukrayna Silahlı Qüvvələri üçün daha da pisləşə bilər və bu, Avropa rəsmilərinin narahatlığına səbəb olur.

Jurnalın yazdığına görə, Ukrayna Silahlı Qüvvələri Artemovsk (Baxmut) şəhərinin müdafiəsi və əks-hücum zamanı çoxlu əsgər və sursat itirib və buna görə də şəxsi heyət və sursat çatışmazlığından əziyyət çəkir. Ukrayna qoşunlarının mövqeyini sarsıda biləcək digər amillərlə yanaşı, səmərəsiz çağırış sistemi də vurğulanıb.

Samir

0