ABŞ-ın keçmiş dövlət katibi Baydenin xarici siyasətini tənqid etdi

18:30 / 30.11.2023
341

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Co Bayden administrasiyasının xarici siyasətini tənqid edib. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Vaşinqtonun düşmənləri daim ən həssas ölkələri sınaqdan keçirir və Ağ Evdən yeganə cavab zəiflik nümayişidir. 

“Düşmənlərimiz Amerikanın zəifliklərini araşdırıb sınaqdan keçirərkən, Bayden administrasiyası yalnız zəifliklə cavab verir. O, Amerika xalqının və qoşunlarımızın təhlükəsizliyini təmin etmək üçün sağlam düşüncəli addımlar atmaqdansa, düşmənlərimizi razı salmağa üstünlük verib”,  deyə Pompeo bildirib.

Sabiq dövlət katibi deyib ki, Çin prezidenti Si Szinpinin San-Fransiskoda səmimi qəbulu Bayden administrasiyasının “vətəni müdafiə edə bilmədiyini” nümayiş etdirir.

"Bayden administrasiyası neft və müdafiə sənayesi ilə bağlı Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməkdən imtina edib", deyə Pompeo qeyd edib.

Sabiq dövlət katibi deyib ki, "sakitləşdirmə siyasəti" ABŞ-ın “İranın hərbi hərəkətlərinə cavab olaraq başını quma basdırmaqda davam etdiyi” Yaxın Şərqdəki vəziyyətə şamil edilir.

“Dünya daha təhlükəli hala gəldikcə, Bayden administrasiyası daha da geri çəkilir. Amerika vətənimizdə yaxınlaşan təhlükələri çox gec olmadan tanımalıdır”, deyə keçmiş dövlət katibi bildirib.

Samir

0