Berbok: "Atəşkəs vasitəsilə biz siyasi prosesə doğru körpü qurmalıyıq"

DÜNYA
16:05 / 30.11.2023
247

Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrail və HƏMAS arasında atəşkəsin uzadılmasını alqışlayıb və bunu inanılmaz dərəcədə vacib adlandırıb. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, atəşkəs Yaxın Şərqdəki vəziyyətin siyasi nizamlanmasına yol açmalıdır.

"Aydındır ki, bu atəşkəs vasitəsilə biz siyasi prosesə doğru körpü qurmalıyıq", deyə Berbok bildirib.

Almaniyanın xarici işlər naziri həmçinin qeyd edib ki, fələstinlilər də eyni şəraitdə yaşasa, İsrail təhlükəsiz yaşaya bilər.

O, həmçinin tərəflər arasında atəşkəs zamanı HƏMAS-ın yenidən qruplaşmasının qarşısını almağa çağırıb.

Noyabrın 22-də tərəflər humanitar yardımın çatdırılmasını və girovların İsrailə təhvil verilməsi müqabilində fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsini nəzərdə tutan müvəqqəti atəşkəs haqqında razılığa gəliblər. Noyabrın 27 və 30-da atəşkəs rejimi iki gün uzadılıb. 

Samir

0