Şarl Mişel Orbana görə Aİ-Çin sammitini erkən tərk edəcək

16:41 / 05.12.2023
236

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Macarıstan baş nazirinin təhdidlərini siyasi birlik liderləri ilə təcili müzakirə etmək üçün dekabrın 7-8-də keçiriləcək Aİ-Çin sammiti üçün Çinə səfərini yarıya endirəcək. 

HİT.az xəbər veirr ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazır.

Baş nazir Viktor Orban Kiyevin Avropa İttifaqına üzvlüyünə mane olmaq istəyir. Avropa Şurasındakı mənbə nəşrə bildirib ki, Mişel Aİ liderləri ilə məsləhətləşmələri davam etdirmək üçün Çindəki danışıqların ilk günündən dərhal sonra Brüsselə qayıdacaq.

Onun sözlərinə görə, Mişel Çindəki sammitin birinci günündən sonra Avropa liderləri ilə məsləhətləşmələr aparmaq üçün Brüsselə qayıdacaq. 

Qəzet xatırladır ki, bir həftə əvvəl Mişel artıq Budapeştdə Orbanla Ukraynanın Aİ-yə daxil olması mövzusunda nəticəsiz danışıqlar aparmışdı.

Samir

0