Model Cici Hadid və aktyor Bredli Kuperin ötən ay Nyu-Yorkda gizli şəkildə evləndiyi iddia olunur.
HİT.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
“Ötən həftə Nyu-Yorkda Bredli və Cici ilə təntənəli şam yeməyi keçirildi. Bir çoxları bunun toyla əlaqəli olduğunu danışırdı. İndi isə onların ictimaiyyət qarşısına nikah üzükləri ilə çıxması onların sakit şəkildə evləndiyini göstərir. Onlar gözəl cütlükdür”, deyə məşhurların yaxın çevrəsindən olan mənbə bildirib.
Avqustun 4-də Cici Hadid və Bredli Kuperin gizli toy keçirdiyi ilə bağlı şayiələr yayılıb. Onlar Parisdə gəzinti zamanı görüntüləniblər. Model və aktyor adsız barmaqlarında üzüklərlə ictimaiyyət qarşısına çıxaraq bu ehtimallara səbəb olublar.
Bununla belə, məşhurlar pərəstişkarların bu iddiaları ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.
İyulun 6-da paparassilər sevgililəri Nyu-York hava limanında, Teylor Svift və Trevis Kelsinin toy mərasimindən bir neçə saat sonra görüntüləyiblər. Toyla bağlı suala model gülümsəyərək baş barmağını yuxarı qaldırıb.
Cici Hadid ictimaiyyət qarşısına qara dar top, eyni rəngdə şort, şap-şap, gün eynəyi və kepka ilə çıxıb.
Samir


