Belarus müharibəyə qoşulur? - Rusiyaya əsgər göndərdi

DÜNYA
11:52 / 16.01.2024
245

Rusiya və Belarus arasında növbəti diqqətçəkən addım atılıb. 

Belə ki, Belarusun hərbi qulluqçularının xüsusi hərbi əməliyyatın təcrübəsinə əsaslanaraq Rusiyada təlim keçəcəkləri açıqlanıb.

Bəs mövcud vəziyyətdə tərəflər arasında bu addımın atılmasına səbəb nədir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, adətən bu tipli məsələlər iki ölkə arasındakı hərbi müqavilələr əsasında icra edilir:

341829

"Böyük ehtimalla, Rusiya və Belarus arasında bir çox sahədə olduğu kimi xüsusi hərbi əməliyyatların təcrübə mübadiləsinə dair də saziş var. İndiki məqamda Belarus tərəfinin hərbçilərini Rusiyaya göndərməsinin arxasında da bu dayana bilər. Amma məsələnin pərdəarxası məqamları da var".

Ekspert hesab edir ki, bəlkə də Belarus bu yolla Rusiya-Ukrayna müharibəsində ruslara hərbi dəstək verir: 

"Təlim adı ilə Rusiyaya dəstək vermək üçün hərbçilər göndərilmiş ola bilərlər. Nəzərə almaq lazımdır ki, Rusiya ordusu cəbhədə kifayət qədər itki verib, lakin Prezident Vladimir Putin seçkiqabağı böyük hücuma hazırlaşır. Ona görə də Belarusun bu yolla Rusiyaya hərbi dəstək verməsi mümkündür. Yəni səbəb bundan ibarət ola bilər". 

Pərviz

0