Böyük neft ölkəsi ƏDV-ni 3 dəfə artırdı

01:46 / 12.05.2020
1138

Səudiyyə Ərəbistanı koronavirus pandemiyası və düşən neft qiymətlərinə görə bir sıra tədbirlər açıqlayıb.

Səudiyyə Ərəbistanı, koronavirus pandemiyası və düşən neft qiymətlərinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün əlavə dəyər vergisini (ƏDV) üç dəfə artırır. Həmçinin dövlət işçilərinə ödənilən bəzi dövlət yardımları azaldılır.

Gəlirləri artırmaq və xərcləri azaltmaq üçün atılan bu addımlar nəticəsində 100 milyard riyal (26.6 milyard dollar) vəsait təmin ediləcək.

Koronavirusun yayılmasının qarşısını almaq üçün hal-hazırda ciddi karantin rejimi tətbiq edən Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçısıdır. Neft qiymətlərinin kəskin düşməsi ilə əlaqədar olaraq ölkə ikinci bir böhranla qarşı-qarşıyadır.marja

0
İqtisadiyyat.az