Viktor Orban: "Serbiyanı itirəcəyik"

DÜNYA
16:16 / 12.02.2024
218

Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Avropa İttifaqı ilk növbədə Serbiyanı Çinə “güzəştə getməmək” üçün ittifaqa dəvət etməlidir. Daha sonra Avropa İttifaqı Ukraynanın Avropaya inteqrasiyası barədə düşünə biləcək. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.

“Ukrayna ilə yeni genişlənməyə başlamazdan əvvəl köhnə genişlənmə tapşırığını tamamlamalıyıq. Serbiyanı tez bir zamanda inteqrasiya etməsək, onu itirəcəyik... Serbiyanın başqa variantları da var. Çinlə azad ticarət sazişi yenicə bağlanıb”, deyə Orban bildirib.

Qəzetin yazdığına görə, Serbiya 2009-cu ildə Aİ-yə üzv olmaq üçün müraciət edib, lakin Rusiya və Çinlə sıx əlaqələri fonunda iddia edilən “demokratik geriləmə” ilə bağlı narahatlıqlar səbəbindən namizədliyi dayanıb.

Bundan əvvəl Orban bəyan etmişdi ki, Aİ Ukraynanın Rusiya Federasiyası ilə münaqişədə qələbəsi üçün kifayət qədər vəsait ayıra bilmir.

Fevralın 1-də Aİ-yə üzv olan 27 ölkənin hamısı Ukrayna hakimiyyətinə 50 milyard avro dəyərində yeni yardım paketini təsdiqləyib. Ölkənin bu vəsaiti növbəti dörd il ərzində alacağı gözlənilir.

Samir

0