Bayden Rüttenin NATO baş katibi vəzifəsinə namizədliyini dəstəklədi

DÜNYA
10:08 / 22.02.2024
256

ABŞ prezidenti Co Bayden Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rüttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini dəstəkləyir. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" qəzeti ABŞ rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, Baydenin dəstəyi bir neçə digər Avropa liderləri arasında aylarla davam edən mübarizədən sonra daha çox müttəfiq Rüttenin namizədliyini dəstəkləməyə sövq edə bilər.

"Politco" qeyd edir ki, Rüttenin baş katib vəzifəsinə seçilməsi NATO-nu Rusiya ilə toqquşma kursuna sürükləyə bilər. Bildirilir ki, Donald Tramp yenidən ABŞ prezidenti olarsa, Niderlandın baş naziri NATO və kollektiv təhlükəsizliklə bağlı respublikaçıların skeptisizmini dəf etməli olacaq.

Qeyd edək ki, Alyansın hazırkı rəhbəri Yens Stoltenberqdir. O, bu vəzifəni 2014-cü ildən tutur. Stoltenberqin səlahiyyət müddəti ötən il başa çatsa da, Alyans ölkələri Ukrayna müharibəsinə görə bunu bu ilin oktyabrına qədər uzadıb.

Samir

0