NATO: \"Dnestryanı Rusiyaya birləşsə, heç nə dəyişməyəcək\"

17:17 / 28.02.2024
258

NATO baş katibinin müavini Mirça Coana deyib ki, Dnestryanı hakimiyyət orqanlarının Rusiyaya qoşulmaq xahişi ilə mümkün müraciəti heç nəyə təsir etməyəcək. Şünki tanınmamış respublika artıq Moskvanın nəzarətindədir. 

HİT.az xəbər verir ki, bu barədə "NewsMaker" portalı yazıb.

"Heç bir fərq olmayacaq. İndi Rusiya Dnestryanıya nəzarət edir, orada rus qoşunları var. Strateji olaraq heç nə dəyişməyəcək. Lakin bu, Moldovada prezident Maya Sandunun yeni mandat uğrunda mübarizə aparacağı prezidentlik kampaniyası kontekstində əlavə təzyiq formasıdır", deyə Ceoana bildirib.

Onun sözlərinə görə, Rusiya Sandunun prezident seçkilərində qalib gəlməsinin qarşısını almaq üçün əlindən gələni edir. O, bunu psixoloji və siyasi təzyiq forması adlandırıb.

"Hərbi və ya strateji baxımdan heç bir nəticə olmayacaq", deyə NATO rəsmisi bildirib.

Bundan əvvəl o, Rusiyanın Dnestryanı bölgəni öz ərazisinə daxil etməyə çalışacağı təqdirdə alyansın Moldovanı dəstəkləyəcəyinə söz vermişdi:

"Rusiya Dnestryanı ərazini ilhaq etməyə çalışarsa, bu baş verərsə, NATO onu pisləyəcək və Moldovanı dəstəkləməyə davam edəcək. Bu kiçik ölkə bizim üçün vacibdir".

Samir

0