Aİ Rusiya qaz və neft tankerlərinə qarşı sanksiyalar tətbiq etmək istəyir

DÜNYA
19:04 / 07.05.2024
191

Avropa İttifaqı (Aİ) ölkələri 14-cü sanksiyalar paketi çərçivəsində Rusiyanın istifadə etdiyi 11 gəmiyə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi planlaşdırır. 

HİT.az xəbər verir ki, "Bloomberg" bu barədə hazırlanmış sənədə istinadən yazıb.

Nəşrin məlumatına görə, sanksiyalar təsdiqlənərsə, onlara tabe olan bütün gəmilər Aİ limanlarına daxil ola bilməyəcək və Avropa şirkətlərinin xidmətlərindən istifadə edə bilməyəcək. Təşəbbüs çərçivəsində Avropa İttifaqı Rusiyanın neft ixracına qoyulan qiymət məhdudiyyətlərindən kölgə donanmasının köməyi ilə yan keçmək və sanksiyaya məruz qalmış malları çatdırmaq imkanlarını azaltmaqla gəlirlərini azaltmaq istəyir.

Qeyd edilir ki, planlaşdırılan məhdudlaşdırıcı tədbirlər, məsələn, yanacaq qəbul edərkən gəmilərin fəaliyyətini çətinləşdirəcək, lakin yenə də ABŞ Maliyyə Nazirliyinin tətbiq etdiyi tədbirlərdən daha az ciddi görünür.

Eyni zamanda, Avropa İttifaqı Rusiyada bir neçə LNG layihəsinə təzyiqi artırmaq və Rusiyanın mayeləşdirilmiş təbii qazının üçüncü ölkələrə daşınmasını qadağan etmək niyyətindədir.

Mayın 7-də Böyük Britaniyanın sanksiyalardan yayınaraq 2,2 milyard funt-sterlinq dəyərində Rusiya nefti aldığı bildirilmişdi. Bundan əvvəl qeyd edilimişdi ki, gəmi sahibləri üçün qarşılıqlı sığorta klublarının beynəlxalq qrupu Britaniya parlamentinə məktub göndərərək G7-nin Rusiya neftinin tədarükünə tətbiq etdiyi sanksiyaların səmərəsizliyinə işarə edib.

Samir

0