Ermənistanda "keşiş planı" baş tutmadı? - ŞƏRH

DÜNYA
14:47 / 01.07.2024
306

"Ermənistanda baş verən siyasi proseslər fonunda keşiş Baqrat Qalstanyanın üsyanı iflasa uğramaq üzrədir".

Bu sözləri politoloq Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

O xatırladıb ki, Paşinyan höküməti keçmiş Qarabağ seperatçılarını və keşiş Baqratı ciddi rəqib hesab etmirdi:

"Düşünürəm ki, hətta müəyyən zaman daxilində keşişə imkan da yaratmışdı. Qərbyönümlü siyasət yürüdən Nikol Paşinyana qarşı olan bu üsyanların əsas məqsədi isə indiki iqtidari xalq gücü ilə devirməkdən ibarətdir. Onu da nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsi getdiyi bir vaxtda Kreml Ermənistanda olan təsir gücün itirmək istəmir. Bundan başqa, kilsənin Rusiya ilə sıx əlaqələrinin olduğu məlumdur".

353164

Ekspertin sözlərinə görə, kilsə xalqın etiqatından istifadə edərək hakimiyyəti dəyişmək istəyir:

"Məncə, kilsə hələlik öz siyasətindən əl çəkməyəcək. Buna baxmayaraq, keşiş Baqratın üsyanının uğurla nəticələnəcəyi real görünmür. Paşinyan höküməti isə son zamanlar artıq ölkə daxilində özü Azərbaycana qarşı iddialar səsləndirir. Bu isə ona xaricdən edilən təzyiqlər və ölkə daxilində xalq arasında hələ də Azərbaycana qarşı fobiya siyasətinin göstəricisidir". 

Politoloq bildirib ki, nə etməyindən asılı olmayaraq Ermənistan cəmiyyətində heç bir qüvvəyə güvənmək olmaz: 

"Ona görə Azərbaycan regionda öz gücünü qorumaq üçün əməli addımlar atır. Son günlər ərzində Ermənistanda səslənən bəyanatlar da onu göstərir ki, hökümət öz konstitusiyasını dəyişmək əvəzinə yalan dolu bəyanatlar yayır. Keşiş Baqratın siyasi şousu isə bir müddət davam edə bilər". 

Pərviz

0