Fransa mart ayında Ukraynaya qoşun yeritmək istəyirmiş - Rusiya kəşfiyyatı

DÜNYA
14:04 / 11.07.2024
157

Fransa ordusu mart ayında Ukraynaya yerləşdirilməyə hazırlaşırmış.

HİT.az xəbər verir ki, bu barədə “Razvedçik” jurnalına Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) "Feliks" təxəllüslü əməkdaşı məlumat verib.

Materialda həmçinin bildirilir ki, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin martın 19-da Parisin Ukraynaya təxminən 2 min nəfərlik hərbi kontingent göndərməyə hazırlaşdığını elan edib. Lakin Fransa bunu təsdiqləməyib.

Kəşfiyyat hesabatında Ukraynanın əməliyyat teatrında öldürülən mülki fransızların sayının artdığı və Fransa ordusunun üzləşdiyi problemlər qeyd olunur.

Kəşfiyyat həmçinin deyir ki, Fransa kontingenti hələ də Ukraynaya yerləşdirilməyə hazırlaşır, lakin onun təhlükəsizliyi və Rusiya hərbçilərinin mümkün hücumları ilə bağlı narahatlıqlar var.

İyulun 3-də bildirilib ki, Avropa Xarici Əlaqələr Şurasının (ECFR) sorğusunun nəticələrinə görə, Avropa ölkələri əhalisinin böyük əksəriyyəti öz ordusunun Ukraynaya göndərilməsinin əleyhinədir.

Samir

0