Gürcüstan nə üçün Rusiya ilə yaxınlaşır? - SƏBƏB

DÜNYA
12:32 / 02.08.2024
463

"Rusiya Prezidenti Vladimir Putinin Gürcüstanla bağlı hədəfinə tam nail olduğunu düşünmürəm".

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstanda baş verənlərin 100 faiz Rusiya ilə bağlı olduğu barədə fikirlər yanlışdır:

"Gürcüstan hakimiyyəti başa düşür ki, Rusiya ilə düşmən münasibətdə qalmaq və radikal formadan Qərbə inteqrasiya ölkələri üçün heç bir gələcək vəd etmir. Reallıq ondan ibarətdir ki, Abxaziya və Cənubi Osetiyada münaqişələri qalacağı təqdirdə, Gürcüstanı nə Avropa İttifaqına, nə də NATO-ya qəbul etməyəcəklər. Ona görə də rəsmi Tiflisin qarşısındakı yeganə yol münaqişəni həll etməkdir".

355245

Ekspert vurğulayıb ki, hazırda Cənubi Qafqazda münaqişə həll edən tək ölkə Azərbaycandır:

"Azərbaycanın təcrübəsini görən Gürcüstan Rusiya ilə münasibətlərini bərpa edir, amma Qərblə də yollarını ayırmır. Bu isə sadəcə münaqişəni həll etmək üçün atılan strateji bir addımdır. Üstəlik, bu proses uzun müddət davam edə bilər. Yəni baş verənləri Rusiyanın Gürcüstan hökumətini öz maraqları çərçivəsində istiqamətləndirdiyi kimi başa düşmək doğru deyil. Çünki Gürcüstan hakimiyyəti nə etdiyini yaxşı bilir". 

Politoloq qeyd edib ki, münaqişə həll edilmədən Gürcüstanın Qərbə tam inteqrasiyası mümkün deyil:

"Hazırkı vəziyyətdə Gürcüstan Avropa İttifaqı və ya NATO üzvü olmadığı üçün öz problemlərini təkbaşına həll etməlidir. Ona görə də Tiflis hakimiyyəti münaqişəsi həll etmək planının tərkib hissəsinə uyğun olaraq Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır".

Pərviz

0