Yaponiya Bankı faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq hədəf dərəcəni təxminən 1,25 faizə çatdırıb. Bu göstərici son 31 ilin ən yüksək səviyyəsi olub.
HİT.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Qərar səs çoxluğu ilə qəbul edilib. Mərkəzi Bankın idarə heyətinin yeddi üzvü qərarın lehinə, iki üzvü isə əleyhinə səs verib. Faiz dərəcəsinin artırılmasına qarşı çıxan iki üzv Baş nazir Sanae Takaçinin təyin etdiyi şəxslər olub.
“Financial Times”ın qeyd etdiyi kimi, bu addım artan inflyasiyanın və milli valyutanın zəifləməsinin qarşısını almaq məqsədi daşıyıb. Bununla belə, qərarın açıqlanmasından dərhal sonra yen də ucuzlaşmaqda davam edib və 1 dollar üçün 157 yen həddini keçib.
“Financial Times”ın sorğusuna qatılan ekspertlər ilin sonuna qədər faiz dərəcəsinin daha bir dəfə artırıla biləcəyini istisna etmirlər.
Bundan əvvəl ABŞ Federal Ehtiyat Sistemi 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 3,75–4 faiz səviyyəsinə çatdırıb. Ötən həftə Avropa Mərkəzi Bankı da analoji qərar qəbul edib.
Samir


