1 milyard dollar lotereya uddu, 450 milyon dollar almağı seçdi

DÜNYA
19:58 / 18.09.2026
54

ABŞ-də "Powerball" lotereyasında 1 milyard dollardan çox qazanan şəxs 29 il ərzində hissə-hissə tam məbləği almaq əvəzinə, birdəfəlik 450 milyon dollar ödənişi seçib. 

HİT.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti yazıb.

İllinoys ştatının anonim qalmaq istəyən sakini 1,04 milyard dollarlıq "Powerball" cekpotunu qazanıb. Bu, lotereya tarixində səkkizinci ən böyük cekpot olub.

Qalib 29 il ərzində hissə-hissə ödəniş almaq əvəzinə, vergilər tutulmazdan əvvəl 450,5 milyon dollar məbləğində birdəfəlik ödənişi seçib. Federal vergilərdən sonra məbləğ 283,8 milyon dollara qədər azalacaq, əlavə olaraq İllinoys ştatı 22,3 milyon dollar vergi tutacaq.

Bu uduş ştat üçün rekord olub. Şanslı bileti satan şəxs isə 500 min dollar məbləğində mükafat alacaq.

Samir
 

0