Kamala Harris Donald Trampla debata çıxmaqdan qorxdu? - RƏY

DÜNYA
09:51 / 05.08.2024
274

ABŞ-nin prezidentliyə namizədləri arasında gözlənilən debat baş tutmayacaq.

Belə ki, Donald Tramp 4 sentyabrda rəqibi Kamala Harris ilə "Fox News" telekanalında debata çıxacağını açıqlamışdı. Lakin Harris bu təklifi qəbul etmədi. Tramp isə Harrisin debatdan qaçdığını deyərək onu təndiq etdi. Bir çoxları Kamala Harrisin Co Baydenin vəziyyətinə düşməkdən qorxduğu üçün debata çıxmadığını düşünür. 

Çünki Tramp Baydenlə debatda müəyyən qədər rəqibini yarışdan kənarlaşdırmağa vadar edə bilmişdi. Faktiki olaraq, sözügedən debatdan sonra Baydenin reytinqi kəskin aşağı düşdü və bir müddət sonra prezidentliyə namizədliyini geri götürdü. 

Maraqlıdır, Kamal Harris Donald Trampın debat təklifini niyə qəbul etmədi? O, Trampla debatda Baydenin vəziyyətinə düşəcəyindən qorxdu? 

Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında bildirib ki, ABŞ-də prezident seçkiləri uğrunda mübarizə daha da qızışıb:

355355

"Amma Kamala Harrisin sentyabrın 4-də olacaq debatdan geri çəkilməsini qorxması kimi qiymətləndirmək olmaz. Buna baxmayaraq, debatda iştirak mühüm göstərici sayılır. Bundan başqa, Donald Tramp Kamala Harrisin geri çəkilməsi üçün daha çox siyasi təzyiq vasitəsindən istifadə edə bilər. Ancaq Kamala Harrisin də seçiciləri arasında güclü nüfuzu var. Məncə, Tramp üçün Baydenlə mübarizədən çox Harrislə mübarizə daha çətin olacaq". 

Ekspertin sözlərinə görə, Kamala Harrisin siyasətdə çox təcrübəsi var: 

"Bayden son zamanlar səhhətinə görə Trampla mübarizə apara bilmədi. Növbəti debatların necə nəticələr verəcəyini isə zaman göstərəcək. Trampın populist çıxışları hər zaman olub. Lakin Harrisin də natiqlik qabilliyyəti var. İndiki məqamda Trampın şansı yüksək qiymətləndirilsə də, Harrisin qalibiyyət şansı var".

Pərviz

0