Ailəsindən olduğu yeri gizlətmək üçün oğurlandığını dedi, həbs edildi

DÜNYA
23:12 / 27.08.2024
170

Malayziyadan olan bir qadın özü haqqında adam oğurluğunu uydurub və həbsxanaya düşüb. 

HİT "World of Buzz"a istinadən xəbər verir ki, o, valideynlərinə gecəni rəfiqəsinin yanında qaldığını söyləməyə qorxub.

Bu səbəbdən bir gün sonra evə qayıdanda ailəsinə naməlum şəxslər tərəfindən qaçırıldığını və bağlı otaqda saxlandığını bildirib. Malayziyalının valideynləri polisə ifadə verib, lakin işin araşdırılması zamanı qızın yalan ifadə verdiyi məlum olub.

24 yaşlı qız həbs edilib. Məlum olub ki, onu heç kim qaçırmayıb - o, gecəni rəfiqəsi ilə keçirib, amma nədənsə bu barədə ailəsinə danışmağa çəkinib. Bundan əlavə, analizlər onun qanında narkotik maddələrin olduğunu göstərib. Daha sonra qız yalan ifadə verməkdə ittiham edilərək 3 sutka həbs edilib.

Samir

0