Zurabişvili ikinci müddətə prezident olmaq istəyir

DÜNYA
18:33 / 10.09.2024
142

Gürcüstan prezidenti Salome Zurabişvili ikinci müddətə dövlət başçısı olmaq niyyətində olduğunu açıqlayıb. 

HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən Gürcüstanın Avropa yoluna qayıtması üçün ikinci müddətə namizəd olmaq da daxil olmaqla, daha böyük məsuliyyət götürməyə hazıram", deyə Zurabişvili bildirib.

O, 2018-ci ilin dekabrından dövlət başçısı vəzifəsində çalışır. Növbəti prezident seçkiləri 2024-cü ilin oktyabrında keçiriləcək.

Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasına müxalifətdədir. Siyasi qüvvə dövlət başçısının icazəsiz xaricə səfərlərindən sonra hakimiyyət haqqında tənqidlər və qalmaqallı bəyanatlar səsləndirdikdən sonra onun impiçmenti təşəbbüsü ilə çıxış etməyə cəhd edib. Daha sonra Zurabişvili ilə “Gürcü Arzusu” arasında münasibətlər onun sərt şəkildə tənqid etdiyi xarici agentlər haqqında qanunun qəbulu fonunda pisləşib.

Onun sözlərinə görə, hakim siyasi qüvvənin hərəkətləri Gürcüstanın Avro-Atlantik istəklərinə ziddir. Öz növbəsində “Gürcü arzusu”nun deputatları dəfələrlə bəyan ediblər ki, dövlət başçısı Qərbin maraqlarından çıxış edir, radikal müxalifəti dəstəkləyir və ölkə daxilində “xarici agent”dir.

Samir
 

0