Almaniyanın cənubunda leylək sürüsü kəndə hücum edib.
HİT.az xəbər verir ki, 130-dan çox iri quş Konstans gölü yaxınlığındakı Hohenfels kəndini qorxuya salıb.
Ümumilikdə bu ərazidə 450 belə quş yaşayır. Ağ leyləklər məhsul yeyir, səs-küy salır və hər yerdə nəcis qoyur. Yerli fermerlərin dediyinə görə, tarlalarda səpin aparılan kimi bütün ərazidən quşlar yemək üçün dərhal oraya toplaşır.
Bələdiyyə sədri Florian Zindeler şikayət edir ki, ağ leylək qorunan növdür, ona görə də nə sakinlər, nə də səlahiyyətlilər onlara qarşı heç nə edə bilmir. Qurum rəsmisinin sözlərinə görə, kənd gölməçələr və bataqlıqlarla əhatə olunub, burada çoxlu qurbağalar var, buna görə də leyləklərin xoşuna gəlir.
Heyvan hüquqları müdafiəçiləri quşların sayında heç bir problem görmürlər və yerli sakinlərə onların qış üçün cənuba gedənə qədər gözləməyi təklif edirlər. Onların sözlərinə görə, bala quşlar artıq uçub gediblər və yuvaların köhnə sahibləri də tezliklə onlardan nümunə götürəcəklər.
Samir