XİN başçısı: "Aİ-nin təzyiqindən qorxmuram"

DÜNYA
18:18 / 10.10.2024
195

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, o, Rusiyaya səfərləri ilə bağlı Avropa İttifaqının (Aİ) təzyiqindən qorxmur. 

HİT.az xəbər verir ki, bu barədə TASS yazıb.

Diplomat oktyabrın 8-dən 11-dək keçirilən Sankt-Peterburq Beynəlxalq Qaz Forumu çərçivəsində jurnalistlərlə söhbət edib.

"Ümid edirəm ki, Aİ-nin təzyiqindən qorxan biri kimi görünmürəm. Bilirsiniz, xarici siyasət suverenliyin bir hissəsidir. Biz isə heç kimə suverenliyimizi məhdudlaşdırmağa imkan verməyəcəyik", deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.

O əlavə edib ki, Budapeşt “sağlam düşüncə müzakirəsi”ni regional ictimaiyyətin gündəliyinə qaytarmaq üçün səylərini davam etdirəcək. Siyartonun fikrincə, bu, Aİ-nin rəqabət qabiliyyətini itirməməsi və qlobal səhnədə əvvəlki təsirini bərpa etməsi üçün lazımdır.

Amma eyni zamanda, nazir diqqəti ona yönəldib ki, Macarıstan öz milli maraqlarına uyğun qərar qəbul etmək hüququndan imtina etmək niyyətində deyil.

Bundan əlavə, Siyarto Aİ daxilində Ukrayna münaqişəsi ilə bağlı müzakirələrdən danışıb. Onun sözlərinə görə, regional birliyə üzv ölkələrin çoxlu fikir ayrılıqları var, onların təşkil etdiyi müzakirələrin intellektual səviyyəsi çox da yüksək deyil.

Samir

0