"Taliban" 7 milyard dollarlıq silah arsenalını ABŞ-a qaytarmaqdan imtina edib.
Hit.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Kabildəki agentlik mənbəsinin bildirdiyinə görə, Taliban rejimi ABŞ-dan qüvvələrin tələsik ölkədən çıxarılması zamanı Amerika hərbçilərinin geridə qoyduğu silahların müqabilində İŞİD-ə qarşı mübarizə üçün onlara daha müasir silahlar verməsini tələb edir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Talibanı Amerika arsenalını geri qaytarmağa çağırıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, ABŞ Əfqanıstanda hərbi mövcudluğunu bərpa etməyə çalışır.
Taliban 15 avqust 2021-ci ildə Əfqanıstana tam nəzarəti elan edib. Taliban ölkənin bütün böyük şəhərlərini və sərhəd keçid məntəqələrini ələ keçirib. Ardınca yaraqlılar ölkədə tam qələbə qazandıqlarını elan edərək yeni hökumət qurublar.
31 avqust 2021-ci ildə Birləşmiş Ştatlar Əfqanıstandakı hərbi kontingentini tamamilə çıxararaq ölkədəki 20 hərbi missiyasını başa vurub.
Samir