ABŞ prezidenti Donald Trampın administrasiyası İsrail və Fələstin HƏMAS arasında qalan girovların azad edilməsi, daimi atəşkəs və İsrail qoşunlarının tamamilə çıxarılmasını nəzərdə tutan sazişin ikinci mərhələsinin razılaşdırılması üzərində işləməyə başlayıb.
Hit.az bu barədə "Politco"ya istinadən xəbər verir.
Donald Trampın komandasındakı adı açıqlanmayan ABŞ rəsmisi "Politico"ya deyib: “Baydenin bizə qoyub getdiyi sonun başlanğıcı deyil, başlanğıcın sonudur”.
Qəzet yazır ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz və bir gün əvvəl vəzifəyə başlayan dövlət katibi Marko Rubio bu məsələ ilə dərhal işə başlayacaqlar.
Mənbələrin sözlərinə görə, yeni administrasiyanın Yaxın Şərq siyasətində prioritetlərindən biri İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasıdır.
Yanvarın 19-dan Qəzza zolağında İsrail və HƏMAS-ın Qətərdə ABŞ-ın iştirakı ilə dolayı danışıqlar yolu ilə razılaşdığı atəşkəs rejimi qüvvədədir. 42 gün davam edəcək birinci mərhələdə silahlılar 1890 fələstinli məhbusun müqabilində 33 girovu azad etməlidirlər (indiyə qədər 90 fələstinlinin müqabilində üç məhbus azad edilib). İsrail qoşunları Qəzza zolağının sərhədlərinə çəkilməli olacaq, lakin hələlik onların daxilində qalacaq.
Samir