Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında sülh sazişinin pozulmasına haqq qazandırıb.
HİT.az xəbər v erir ki, o, bu barədə "Triggernometry" podkastına müsahibəsində danışıb.
Conson bildirib ki, o zaman Ukrayna hakimiyyətinə seçim verib - münaqişəni dayandırmaq, yoxsa döyüşləri davam etdirmək barədə özləri qərar vermək.
"Mən etməyə çalışdığım yeganə şey görünən dəstəyi göstərmək və demək idi ki, əgər sən həll istəyirsənsə, bu sənin işindir. Mübarizəni davam etdirəcəksinizsə, dəstəyimiz var", dryə Conson bildirib.
O əlavə edib ki, insanlar hazırda döyüş bölgəsində baş verənlərə əsaslanaraq, Ukrayna prezidenti Volodimir Zelenskinin döyüşü davam etdirərək düzgün hərəkət edib-etmədiyinə hökm edə bilərlər. Conson qeyd edib ki, Ukraynanın indi azad, suveren və təhlükəsiz ölkə olmaq şansı var, 2022-ci ildə sülh sazişi bağlansaydə, bu mümkünsüz olacaqdı.
2023-cü ilin noyabrında Ali Radada Zelenskinin “Xalqın xidmətçisi” partiyasının fraksiyasının lideri David Araxamia bəyan etmişdi ki, Ukrayna neytrallığa razılıq versə və NATO-ya üzv olmaqdan imtina edərsə, Rusiya ilə Ukrayna arasında silahlı münaqişə 2022-ci ilin yazında bitə bilərdir. Lakin Kiyev Moskvanın şərtləri ilə razılaşmayıb, çünki bu halda Konstitusiyaya dəyişikliklər etmək lazım gələcəkdi. Həm də deputatın sözlərinə görə, Rusiya hakimiyyətinə inam yox idi.
Samir