İmamoğlu Ədliyyə Sarayına GƏTİRİLDİ

DÜNYA
21:20 / 22.03.2025
187

İstanbul şəhər bələdiyyəsinin sədri Ekrem İmamoğlu Çağlayandakı Ədliyyə Sarayına gətirilib.

Modern.az bu barədə "A Haber"ə istinadən xəbər verir.

İmamoğlu ilə yanaşı 91 şübhəli də dindiriləcək.

Prosedura uyğun olaraq, həmin şəxslər prokurora ifadə verməlidirlər. O, öz növbəsində iş materiallarının məhkəməyə göndərilməsi ilə bağlı qərar verəcək.

Qeyd edək ki, İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.

0