Peru sahillərində arxeoloqlar qədim Caral sivilizasiyasının yuxarı təbəqələrinə aid ola biləcək 5000 yaşlı qadının qalıqlarını aşkar ediblər.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Arxeoloq David Palomino agentliyə deyib: "Bu, mühüm dəfndir, çünki yüksək statuslu qadına uyğun elementləri ehtiva edir".
Mütəxəssis cəsədin necə sarıldığını, dərisinin, saçının və dırnaqlarının qorunmasına diqqət çəkib. 20-35 yaşları arasında dünyasını dəyişən qadının cəsədi Amazon macawlarına aid ola biləcək göy və qəhvəyi rəngli lələklərdən ibarət xalatla örtülmüş vəziyyətdə tapılıb. Üstəlik, məzarın ətrafı qurban səbətləri, vazalar, balqabaqlar və tukan dimdiyi ilə əhatə olunub.
Perunun paytaxtı Limadan təxminən 180 kilometr aralıda yerləşən Caral şəhəri Cənubi Amerikanın ən qədim şəhəri hesab olunur. Qədim Misir, Çin və Şumer sivilizasiyaları ilə eyni vaxtda məskunlaşıb.
Samir