İranda güclü partlayış: 4 ölü, 500-dən çox yaralı var - YENİLƏNİB/FOTO/VİDEO

DÜNYA
17:23 / 26.04.2025
69

İranın cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində 4 nəfər həlak olub. 

HİT.az xəbər verir ki, bu barədə ölkənin xilasetmə xidməti məlumat yayıb.

Partlayış nəticəsində 516 nəfər xəsarət alıb.  Zərərçəkənlərə tibbi yardım göstərilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Partlayış yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə 13:00) baş verib və Fars körfəzindəki Qeşm ada şəhərində eşidilib. Tasnim Xəbər Agentliyi hadisənin mümkün səbəbinin yanacaq çəninin partlaması olduğunu bildirib. Limanın fəaliyyəti dayandırılıb.

15.00

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında partlayış baş verib.

HİT.az xəbər verir ki, hadisə nəticəsində 281 nəfər yaralanıb.

Bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.

                          

0