Aİ səfirləri Ukraynaya 90 mlrd. avro kredit və Rusiyaya yeni sanksiyalarla bağlı razılığa gəlib

DÜNYA
16:22 / 22.04.2026
45

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Ukraynaya 90 milyard avro kredit ayrılması və Rusiyaya qarşı yeni 20-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər.

“The Guardian“ın məlumatına görə, 2021–2027-ci illəri əhatə edən uzunmüddətli Aİ büdcəsinə dəyişikliklər və Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbulunu nəzərdə tutan prosedur çərçivəsində ittifaqa üzv olan 27 ölkənin səfirləri sənədi imzalamalıdır. Prosedur sabah başa çatacaq.

Bundan sonra qərarların Avropa İttifaqı Şurası tərəfindən yekdilliklə təsdiqlənməsi tələb olunur.

0
APA