Məhkəmə Serj Sarkisyanın qardaşı qızının əmlakını müsadirə etdi

DÜNYA
17:03 / 22.04.2026
45

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı qızına məxsus “Areni HES” şirkətinin 39 341 səhmi (dəyəri 1.74 milyon ABŞ dolları), 864 min ABŞ dolları, təxminən 13 milyon dram və təxminən 5 min avro dövlətin xeyrinə müsadirə olunacaq.

Ermənistan mediasının xəbərinə görə, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Antikorrupsiya Məhkəməsi bu gün Serj Sarkisyanın qardaşı qızının qanunsuz mənşəli əmlakının müsadirəsi ilə bağlı prokurorluğun iddiasını qismən təmin edib.

0
APA