Təyyarədəki "Su pərisi": Ekipajın qəribə kod sözü nə deməkdir?

DÜNYA
22:14 / 23.04.2026
53

Mülki aviasiyada pilotlar və dispetçerlər arasında təhlükəsiz və dəqiq rabitəni təmin etmək üçün rəsmi kod sistemləri mövcuddur. Bunlara NATO fonetik əlifbası və FAA standartları daxildir ki, radio əlaqəsində anlaşılmazlıq riskini azaltsın. 

HİT.az xəbər verir ki, bu barədə "Travel + Leisure" portalı yazır.

Lakin rəsmi terminologiyadan əlavə, bortbələdçilər arasında formalaşmış qeyri-rəsmi slenq də var.

Aviasiya mənbələrinə görə, "rusalka" (Azərbaycan dilində "su pərisi") sözü ekipaj tərəfindən bir nəfər üçün nəzərdə tutulmuş oturacaqdan daha çox yer tutan və ya yanındakı oturacağa “yayılaraq” oturan sərnişinləri təsvir etmək üçün istifadə edilən qeyri-rəsmi koddur.

"Amalfi Jets" özəl aviaşirkətinin CEO-su və pilot Kolin Consun sözlərinə görə, bu termin rəsmi status daşımır və yalnız daxili zarafat və ya slenq kimi işlədilir.

"Forbes" nəşri də oxşar izah verərək bildirir ki, “rusalka” bəzən xüsusilə boş reyslərdə bir neçə oturacağı eyni anda istifadə edən sərnişinlərə deyilir.

Mütəxəssislər vurğulayır ki, bu ifadə sərnişin üçün heç bir mənfi nəticə doğurmur və qayda pozuntusu ilə əlaqəli deyil. Lakin ekipaj digər sərnişinlərin rahatlığını təmin etmək üçün oturma yerlərinə diqqət yetirə bilər.

“Əgər bu sözü eşitmisinizsə, panikaya düşməyə ehtiyac yoxdur, sadəcə nə qədər yer tutduğunuza diqqət yetirmək kifayətdir”, deyə aviasiya ekspertləri bildirir.

Bundan əlavə, ekipajlar digər qeyri-rəsmi kodlardan da istifadə edir. Məsələn, “Angel” və ya “Code 300” təyyarədə tibbi insidenti, “pan-pan” və ya “sarı kod” isə kritik olmayan, lakin diqqət tələb edən vəziyyətləri bildirə bilər.

Samir
 

0