Meşələrdə özünü əla hiss edir: Planetdə ən yavaş hansı quşdur?

DÜNYA
20:56 / 23.04.2026
42

Quşların uçuş sürəti onların qanad forması, təkamül tarixi və ölçüsü kimi bir sıra amillərdən asılıdır. 

HİT.az xəbər verir ki, bu barədə "Discoverwildlife" yazır.

Əgər söhbət idrak deyil, uçuş sürətindən gedirsə, Ginnesin Rekordlar Kitabı və ABŞ Ornitoloqlar Cəmiyyəti kimi mənbələrə görə, ən aşağı uçuş sürəti – saatda təxminən 8 km – erkək Amerika valdşnepində (slukva) cütləşmə nümayişi zamanı qeydə alınıb.

Bu quş Şimali Amerikada yaşayır və slukva cinsinə aid səkkiz növdən biridir (digərləri Avropa və Asiyada yayılıb). O, meşə mühitində yaxşı uyğunlaşıb və uzun dimdiyi ilə torpaqda qurdlar, həşəratlar və toxumlar axtarır.

Maraqlıdır ki, qısa məsafələrdə saatda 48 km-ə qədər uça bilsə də, həm meşə döşəməsində, həm də havada nisbətən yavaş hərəkəti ilə tanınır. Alimlər hesab edir ki, onun ritmik yerişi torpaqdakı qurdları hərəkətə gətirərək ovlanmasına kömək edir.

Məqalədə həmçinin qeyd olunur ki, “ən yavaş uçuş” iddiasının dəqiq mənbəyi tam aydın deyil və bu kimi məlumatlar ehtiyatla qiymətləndirilməlidir. Çünki ümumiyyətlə bəzi quşlar, məsələn kolibrilər, havada yerində dayana bilirlər.

Samir

0