Macarıstanda parlament seçkilərində qalib gələn Tisa Partiyasının lideri Peter Macarın hakimiyyətə gəldikdən dərhal sonra Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməsi gözlənilmir.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən yazıb.
Nəşrdə qeyd olunur ki, Macarıstan tərəfinin Ukraynanı Aİ-də qəfil şəkildə qarşılayacağı gözlənilmir.
Agentliyin mənbələrinə görə, Macarıstanın yeni hökumətinin bir çox məsələdə, xüsusilə də büdcə siyasətində, hazırkı baş nazir Viktor Orbanın mövqeyini davam etdirməsi ehtimal edilir. Bununla belə, “Bloomberg” hesab edir ki, Macar Ukraynanın Aİ-yə üzvlük danışıqlarının irəliləməsinə müəyyən dərəcədə imkan verə bilər. Bu proseslər son aylarda Orban tərəfindən bloklanırdı.
Bundan əvvəl Peter MacarMacarıstanın Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş üzvlüyünü dəstəkləməyəcəyini bildirib. O, seçkilərdə qələbəsindən sonra həmçinin bəyan edib ki, onun hakimiyyəti dövründə Macarıstan Avropa İttifaqı və NATO üçün güclü müttəfiq olacaq və korrupsiyaya qarşı sərt tədbirlər görüləcək.
Samir


