ABŞ Silahlı Qüvvələri İrana qarşı əməliyyat zamanı 1000-dən çox uzaqmənzilli “Tomahawk” raketi istifadə edib.
HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yazıb.
Bundan əlavə, nəşrin məlumatına görə, Vaşinqton “Patriot” və “THAAD” hava hücumundan müdafiə sistemlərinə aid olmaqla 1500–2000 ədəd kritik əhəmiyyətli raketdən də istifadə edib.
Məqalədə qeyd olunur ki, bu ehtiyatların bərpası üçün 6 ilə qədər vaxt tələb oluna bilər. Bu səbəbdən ABŞ administrasiyasında gələcək böhranlara dair operativ planların yenidən nəzərdən keçirilməsi müzakirə edilir.
Jurnalistlərin məlumatına görə, bəzi ABŞ rəsmiləri mövcud vəziyyətdə ABŞ-ın Tayvanla bağlı mümkün münaqişə ssenarisində müdafiə planlarını tam həyata keçirmək qabiliyyətinə şübhə ilə yanaşmağa başlayıb. Lakin müəlliflər bunun yalnız yaxın dövr üçün narahatlıq olduğunu vurğulayıblar.
20 apreldə “Iran War Cost Tracker” portalı bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatın başlanmasından sonrakı 50 gün ərzində 55,9 milyard dollar xərcləyib. Hesablama metodikası Pentaqon hesabatına əsaslanır; həmin sənədə görə, münaqişənin ilk 6 günü 11,3 milyard dollara başa gəlib.
Samir


