ABŞ Kubanın firavan və azad ölkəyə çevrilməsini istəyir.
Tiraj.az xənər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
“Biz Kubanın firavan olmasını, azad olmasını görmək istərdik. Çünki bu ölkə sahillərimizdən cəmi 90 mil məsafədə yerləşir”, deyə Rubio bildirib.
Bununla yanaşı, dövlət katibi qeyd edib ki, Kubada qərar qəbul edən şəxslər üçün ölkənin gələcəyini yaxşılaşdıracaq dəyişiklikləri həyata keçirmək asan olmayacaq.
Onun fikrincə, ölkəyə rəhbərlik edən şəxslər nə etdiklərini bilmirlər, iqtisadiyyatın idarə olunmasının əsas prinsiplərini anlamırlar və iqtisadi vəziyyəti necə yaxşılaşdırmağı bacarmırlar.
“Onlar üçün ən çətin məsələ odur ki, son 50 il ərzində iqtisadiyyatlarını başqalarının inkişaf etdirməsini gözləyiblər. Eyni zamanda, siyasi nəzarəti zəiflətməkdən qorxurlar”, deyə Rubio əlavə edib.
Bundan əvvəl ABŞ administrasiyası Rusiya ilə Kuba arasında münasibətlərin ABŞ-ın milli təhlükəsizliyi üçün “birbaşa təhlükə” yaratdığını bəyan etmişdi.
Samir


