İran ABŞ-nin atəşkəs təklifini rədd edib

DÜNYA
11:20 / 24.07.2026
85

Tehran cümə axşamı ABŞ tərəfindən İraqın Baş naziri Əli əz-Zeydi vasitəsilə çatdırılan atəşkəs təklifini rədd edib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Post” iranlı rəsmilərə istinadən məlumat yayıb.

İran rəsmiləri bildiriblər ki, Tehran müvəqqəti razılaşmada maraqlı deyil. Onların fikrincə, belə bir razılaşma Hörmüz boğazına nəzarət məsələsini həll olunmamış vəziyyətdə saxlayacaq.

Nəşr ABŞ-ın irəli sürdüyü təklifin şərtlərini açıqlamayıb. Qeyd edək ki, ABŞ İrana zərbələri 8 iyuldan bərpa edib.

0