CHP-dən istefa verdi, yeni partiya yaratdı

DÜNYA
12:18 / 24.07.2026
157

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sabiq rəhbəri Özgür Özel partiyadan istefa verib.

Hit.az “TRT Haber”ə istinadən xəbər verir ki, onunla birgə daha 90 deputat CHP-dən ayrılıb.

Bununla yanaşı, Özel Yeni Partiyanın Təsisçilər Şurasına qatılıb və partiyanın təsis sənədlərini imzalayıb. Xatırladaq ki, bu ilin mayında Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib.

Qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin isə vəzifəsi bərpa olunub. Bunun ardınca partiya daxilində tərəflər arasında siyasi qarşıdurma və mübahisə yaranıb.

0