Seuta hakimiyyəti İspaniya hökumətini məhkəmə ilə hədələdi

DÜNYA
17:07 / 17.08.2026
46

Sseuta meri Xuan Xesus Vivas miqrant böhranı bir ay ərzində həll edilməsə, İspaniya hökumətini məhkəməyə verməklə hədələyib. 

HİT.az xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, avqustun ilk günlərində Madrid muxtar şəhərdə vəziyyəti yaxşılaşdırdığını iddia edərək mövcud durumu olduğundan daha müsbət göstərməyə çalışıb. Bundan sonra isə qərarların qəbulunda demək olar ki, tam passivlik müşahidə olunub.

Siyasətçi vurğulayıb ki, Sseuta sakinləri təslim olmaq niyyətində deyillər. İspaniya hökuməti miqrant böhranının həlli üçün tədbirlər görməsə, onlar tələblərində israr edəcək, parlament də daxil olmaqla digər dövlət qurumlarına və bütün İspaniya cəmiyyətinə müraciət etməyə davam edəcəklər.

İyulun sonunda Mərakeşdən on minlərlə miqrant Şimali Afrikadakı İspaniyanın muxtar şəhəri Sseutaya qanunsuz şəkildə keçib. Bu, İspaniya Ali Məhkəməsinin qanunsuz miqrantların ölkədən dərhal çıxarılmasını qadağan edərək onlara sığınacaq üçün müraciət etmək imkanı verilməsini tələb etməsindən sonra baş verib.

Samir

0