Klimatoloq: Yelloustoun vulkanı qlobal istiləşməyə təsir göstərə bilər

DÜNYA
21:55 / 22.09.2026
60

ABŞ-lı klimatoloq, "Climate Central" mərkəzinin vitse-prezidenti Kristina Dal Yelloustoun supervulkanının püskürməsinin qlobal istiləşməyə təsir göstərə biləcəyini bildirib. 

HİT.az xəbər verir ki, alimin fikrincə, püskürmədən sonra yarana biləcək vulkanik qış qlobal istiləşməni ləngidə bilər.

İyul ayında ABŞ-ın Vayominq ştatında Yelloustoun kalderasının yaxınlığında 3,3 maqnitudalı zəlzələ baş verib. Seysmik hadisə ilin əvvəlindən bəri ən güclü zəlzələ olub. Alimlər supervulkanın püskürməsinin əvvəl ehtimal ediləndən daha yaxın ola biləcəyini düşünürlər.

"Adi ildə istiliyi saxlayan qazların emissiyalarının planetimizin temperaturuna təsiri vulkanik fəallığın təsirindən dəfələrlə çox olur", – Dal izah edib.

O, nümunə kimi 1991-ci ildə Pinatubo vulkanının püskürməsini xatırladıb. Bu püskürmə XX əsrin ən güclü ikinci vulkan püskürməsi olub və temperaturun təxminən 0,6°C azalmasına səbəb olub. Bununla yanaşı, insan fəaliyyətinin nəticəsində qlobal temperatur artımı 1,4°C təşkil edib.

Samir

0