“Belarusda Maydan olmayacaq”.
Bunu Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəisi Valeri Vakulçiklə görüşdə Prezident Aleksandr Lukaşenko deyib.
“Ayrı-ayrı qüvvələrin burada hansı məqsədlər üçün çalışdığını bilirik. Bu hədəflər bizə aydındır: prezident seçkiləri ərəfəsində və ya prezident seçkisi günü bizə bir Maydan vermək istəyirlər. Bunu planlaşdırırlar. Bu görüşdə sizi xəbərdar etmək istəyirəm və bizi eşidən hər kəsi xəbərdar etmək istəyirəm istəyirəm ki, Belarusda bu olmayacaq”, - Lukaşenko qeyd edib.
Prezident çıxışının davamında söyləyib:
“Belarusa küləklərin haradan əsdiyini bilirik. Təəssüf ki, istədiyim tərəfdən deyil. Ancaq hər hansı bir küləyə hazırıq. Özünüz də tariximizdən bilirsiniz ki, küləklər həmişə müxtəlif istiqamətlərdən Belarusa doğru əsib. Bugünkü mərhələnin fərqli bir xüsusiyyəti budur ki, bu küləklər və qasırğalarla mübarizə aparmağı öyrənmişik”.
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilməlidir. Hazırda Belarus müxalifəti tərəfindən kütləvi etiraz aksiyaları keçirmək və namizədlərin irəli sürülməsi üçün imzalar toplayır. Belarus Daxili İşlər Nazirliyi artıq ölkədə vəziyyətin kəskinləşdiyini açıqlayıb.