Ermənistan təyyarələri bu ərazilərdən uça bilməyəcək - QADAĞA

12:34 / 03.06.2020
2103

Avropa Komissiyası Ermənistan aviaşirkətlərinə məxsus təyyarələrin Avropa İttifaqına üzv olan ölkələrin ərazisi üzərindən bütün uçuşlarını qadağan edib.

HİT.Az “Report”a istinadla xəbər verir ki, bunu Avropa İttifaqının Avropa üzrə nəqliyyat komissarı Adina Valean bildirib.

Avropa Komissiyasının “qara siyahısı"na Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” şirkətləri daxil edilib.

0