İspan alimlərindən COVID-19 ilə bağlı sensasion açıqlama (VİDEO) 

DÜNYA
17:54 / 24.04.2020
2164
İspaniya alimləri yeni növ koronavirus infeksiyasının ölkəyə necə keçdiyi və ispan COVID-19 ştammının necə yarandığı barədə ilkin araşdırmasını nəşr etdirib.

Bu barədə "El País" qəzeti yazıb. 

Qəzetin bildirdiyinə görə, araşdırma zamanı mütəxəssislər çoxlu yoluxmuş şəxsin biomaterialını araşdırıb və sonra ilkin nəticəyə gəliblər.

"Tədqiqatın ilkin nəticələri göstərir ki, yeni koronavirus artıq fevral ayının ortalarında ölkədə mövcud olub, bununla belə sıfır xəstə istisna edilir", - alimlər qeyd edib.

Mütəxəssislərin fikrincə, koronavirus infeksiyası İspaniyaya on beş fərqli yolla daxil ola bilərdi. Bu vəziyyətdə başqa ölkələrlə - Çin Xalq Respublikası (ÇXR) və Avropa dövlətləri ilə təmasdan söhbət gedir. Virus tədqiqatında ixtisaslaşan Madridin III Karlos Sağlamlıq İnstitutunun alimləri COVID-19 növünün hansı bölgədə olduğunu və xəstənin necə yoluxa biləcəyini müəyyən etmək üçün ölkənin müxtəlif bölgələrindən olan xəstələrdən test nümunələri götürüblər.

Bundan əlavə, mütəxəssislər Şanxay tipli koronavirusun ÇXR vasitəsilə İspaniyaya girmədiyini müəyyənləşdiriblər. Elm adamları bir sıra riyazi əməliyyatlar apararaq o qənaətə gəliblər ki, COVID-19 yoluxmasının ilkin olaraq Valensiyada baş verdiyini təsbit ediblər. Virus bu şəhərə futbolçular və futbolsevərlər tərəfindən gətirilib.

İspan tədqiqatçılarının hesabatı İtaliyanın Berqamo şəhərinin meri Corcio Qorinin məlumatları ilə üst-üstə düşür: Fevralın 19-da Milanda keçirilmiş İspaniyanın "Valensiya" və İtaliyanın "Atalanta" komandaları arasında Çempionlar Liqası matçı həlledici olub – orada 40.000 azarkeş koronavirusa yoluxa bilərdi, çünki o zaman heç kim virusun yayılması haqqında məlumatlı deyildi.

Bununla birlikdə, mütəxəssislər pandemiya üzərində qələbə çalmaq üçün nəinki keçmişi təhlil etmək, həm də gələcəyi proqnozlaşdırmaq lazım olduğunu vurğulayıb.

"Əhalimizin immunizasiya vəziyyətini və halların sayını bilmək vacibdir. Ölkədəki bu tədqiqatlar növbəti mərhələyə girdiyimiz zaman infeksiyanın mümkün yayılmasını təhlil etməyə kömək edəcək", - deyə İspaniyalı alimlər sözlərini yekunlaşdırıb. // Qaynarinfo

 

0